Qəbələdə gənc qadını amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə “Qanunla.Az”ın Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Martın 5-də rayonda 1999-cu il təvəllüdlü Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə qətli törətməkdə şübhəli bilinən bir qadın saxlanılıb.
Qeyd edək ki, A.Əliyevanın meyitinin ayrı-ayrı hissələri zibil yeşiklərində aşkarlanıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.
İstintaq və əməliyyat – axtarış tədbirləri davam etdirilir.