image-qanunla-reklam
image-75cdc2f7-21c7-3171-ad18-8cc334e4ecf5_850

Qəbələdə xüsusi laboratoriyada narkotik hazırlayan şəxs saxlanılıb

image-lady-day-az

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı əvvəllər də eyni əmələ görə ümumilikdə 8 il məhkum olunmuş Lətif Mehralıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərində daşıdığı çantaya baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi 200 qram metamfetamin (patı), 90 qram tiryək, kibrit qutularında qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkarlanıb.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik və psixotrop maddələri “Whatsapp” vasitəsilə mütəmadi olaraq əlaqə saxladığı əcnəbi narkotacirdən onlayn yolla alıb.

Davam etdirilən tədbirlərlə L.Mehralıyevin rayon ərazisində yerləşən evinə də baxış keçirilib. Baxış zamanı onun həmin ünvanda narkotik tərkibli bitkiləri yetişdirmək üçün xüsusi laboratoriya hazırladığı məlum olub. Belə ki, xüsusi işıq sistemləri, eləcə də digər avadanlıqlarla təchiz edilmiş həmin laboratoriyadan 17 ədəd narkotik tərkibli çətənə bitkisi,120 qrama yaxın marixuana və 350 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, L.Mehralıyevin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki