Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən “Qədir Xum” restoranında nişan mərasimi keçirilməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyindən Qanunla.Az–a verilən məlumata görə, orada karantin qaydalarını pozan ümumilikdə 57 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Karantin qaydalarını pozan mərasim iştirakçıları və obyektin icarədarı cərimə olunublar.