image-qanunla-reklam
image-ilham-1683701059

Qəhrəman Ordumuzun şücaəti

image-lady-day-az

Qəhrəman Ordumuzun şücaəti

Məlum olduğu kimi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 17 Oktyabr-Fizuli Şəhəri Günü kimi elan edilmişdir. Düz 3 il əvvəl oktyabrın 17-də Fizuli şəhəri düşmən əsarətindən azad edilmişdir. Bu əlamətdar hadisə təkcə şairin adını daşıyan rayonun sakinlərində deyil, ölkəmizin hər bir vətəndaşının qəlbində böyük ruh yüksəkliyi və coşqu yaratmışdır.

Üç il əvvəl işğalçı Ermənistanın təxri­batlarına cavab olaraq, Prezident, müzəf­fər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabr ta­rixində Vətən müharibəsi başlanmışdır. Bu gün qürur hissilə deyə bilərik ki, dö­yüşlərin ilk günündən igid əsgər və za­bitlərimiz doğma torpaqlarımızın azadlığı uğrunda böyük şücaətlər və qəhrəman­lıqlar göstərmişdir.

Füzuli rayonunun azad edilməsi uğ­runda döyüş Azərbaycan Ordusunun İkin­ci Qarabağ müharibəsində cənub-şərq istiqamətində apardığı ən əhəmiyyətli döyüşlərdən biri kimi tarixə düşmüşdür. Hərbi ekspertlər bildirirlər ki, döyüşlərin ilk saatlarından Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarıl­ması ordumuza strateji üstünlüklər ver­mişdir.

Bununla belə bir həqiqəti söyləmək lazımdır ki, Füzuli uğrunda döyüş Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Belə ki, bu ərazidə 30 il ər­zində düşmən cəbhənin təmas xəttində möhkəm istehkamlar qurmuşdu. Bir çox­ları Füzulini işğaldan azad etmək üçün həftələrlə, bəlkə də aylarla vaxt lazım olacağını düşünürdü. Azərbaycan əsgəri Vətən torpaqları naminə bütün maneələri ildırım sürətilə keçməyə qadir olduğunu bir daha sübut etdi.

Bəli, Azərbaycan Ordusu bu is­tiqamətdə yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirərək, 2020-ci il oktyab-rın 17-də Füzuli şəhəri daxil olmaqla, rayonun Qoçəhmədli, Çimən, Cuvar­lı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini işğaldan azad etdi. Bir daha vurğulamaq lazımdır ki. bu tarixi qələbə 44 günlük şanlı döyüşün gedişatında həlledi­ci mərhələlərdən biri idi.

Qeyd etmək lazımdır ki, Füzuli şəhəri və rayo­nun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfin­dən işğal olunmuşdur. Ermənistanın si­lahlı qüvvələri ilə mübarizədə 663 nəfər şəhid olmuş, 181 nəfər əsir və itkin düş­müşdür.

5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hü­cumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olun­muşdur.

İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkiz­guşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsi­ni, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sən­duqə formalı qəbirdaşının üzərindəki tür­bəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Düşmən rayonun tarixi-mədəniyyət abidələrinin bir qismini vandalcasına da­ğıtmışdır.

Doğru deyirlər ki, haqq nazilər, üzülməz. Azərbaycan xalqı, təbii ki, heç vaxt doğ­ma Qarabağın işğalı ilə barışa bilməzdi. Bu mənəvi-psixoloji məqam ağır döyüş­lərdə də özünü göstərdi. Füzuli uğrun­da döyüşlərdə Milli Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdır. Bu gün bütün dünya etiraf edir ki, Azərbaycan Ordusu hazırda yüksək döyüş qabiliyyə­tinə və texniki təminata malikdir.

2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edil­mişdir. Prezident İlham Əliyevin sərən­camı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əmə­liyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olun­muşdur.

Bu gün Füzuli rayonu və onun ya­şayış məntəqələri yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının iş­ğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilir.

Cəmi 8 ayda Füzuli Beynəlxalq Hava Limanı inşa edilərək istifadəyə verilmişdir. Bu mühüm obyektin açılı­şı mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tay­yib Ərdoğan iştirak etmişlər.

Son vaxtlar rayonun ərazisində çox sayda bağça, məktəb, xəstəxana tikilmiş, bir-birindən rahat yollar, yaraşıqlı parklar salınmış, yaşayış kompleksləri ucaldıl­mışdır. Bu istiqamətdə layihələrin icrası davam etdirilir. Füzuli rayonu sakinlərinin bir qismi artıq doğma yurd yerlərinə qa­yıtmışdır.

Bunu xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev oktyabrın 16-da Füzuli rayonuna səfər etmiş, burada bir sıra yeni sosi­al və infrastruktur layihələrinin təməlini qoymuşdur. Bəli, dahi şairin adını daşı­yan rayonun, bütövlükdə Qarabağın yeni növrağı başlamışdır.

Səfərova Nüşabə

Saatlı rayonu Cəfərxan kənd tam orta məktəbin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki