image-2000_150
image-970_50
image-parad1-640x403backend

Qələbənin əsas səbəblərindən biri uğurlu hərbi strateqiyadır

image-728_90

2020-ci ilin payızında cəmi 44 gün ərzində güclü Azərbaycan Ordusu Ermənistan ordusu üzərində misli görünməmiş böyük qələbə qazanaraq doğma torpaqlarımızı azad etdi. Bu qələbənin qazanılmasında şübhəsiz ki, Milli ordumuzun, xalqımızın və Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının xidmətləri danılmazdır.
Onu da qeyd etmək lazımdır ki, qələbənin qazanılmasında güclü ordu ilə yanaşı uğurlu hərbi strategiya lazımdır. Məhz Ali Baş Komandanın seçdiyi uğurlu hərbi strategiya nəticəsində bütün dünyanın heyran qala biləcəyi tarixi qələbə qazanıldı. Silahlı qüvvələrin müharibəyə hazırlığı, müharibənin necə və hansı şəraitdə aparılacağı əvvəlcədən müəyyən edilmişdi. Ordumuzun məqsəd və vəzifələri müəyyən edilir və hərbi əməliyyat meydanları və strateji istiqamətlər düzgün seçilir. Bundan sonra isə hücuma keçilir. Ordumuz düşmənin gözlədiyi istiqamətdən deyil, gözləmədiyi istiqamətlərdən zərbələr endirmişdir. Bunun nəticəsində isə düşmənin strategiyası iflasa uğramışdır.
Ali Baş Komandan tərəfindən şərh edildiyi kimi Şuşanın azad edilməsi üçün uğurlu əməliyyatın keçirilməsi yolunda əvvəlcə Hadrutu işğaldan azad etmək lazım idi. Bu belə də oldu.
Məhz buna görə də uğurlu hərbi strategiya qələbənin qazanılmasında əsas şərtlərdən biridir və Ali Baş Komandanımız bu uğurlu hərbi strategiyanı layiqincə yerinə yetirmişdir.

Ələddinov Vüqar Məhəddin oğlu,
Saatlı rayon Sımadakənd kənd tam orta məktəbin müəllimi

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki