image-970_50
image-1638866694_5534e620-fe76-425d-8c9b-b61cc2ffc846

Qələbənin sirli izləri

image-suni_mayalanma_qiymeti

DogruXeber.az: – 2020-ci ilin sentyabr ayının 21-dən, noyabr ayının 8-nə qədər – cəmi 44 gün ərzində vətənimizin igid, qeyrətli oğulları öz qanları, alınlarının təri ilə tarix yazdılar. 30 ildir ki, önümüzə əyilən başımızı yuxarı qaldırıb, 30 ildir alnımızdan axan “xəcalət təri”ni və gözlərimizdən axan həsrət yaşını sildilər.

Bütün bunlar onların qanı, canı, sağlamlığı bahasına və ağılları, zəkaları sayəsində başa gəldi.
Bu gün Qarabağımızın hər qarışında şəhidlərimizin, torpağı azad edərkən ayaqlarını, əllərini – bir sözlə sağlamlıqlarını itirən ərənlərimizin izləri var.

O izlər artıq, hər istədiyimizdə bizi Qarabağa güvənlə götürür.

Qarabağ torpağı ruzili, bərəkətli torpaqlardır. Hər zaman o, torpaqlar dadlı meyvələr yetişdirib, biri-birindən gözəl, ətirli çiçəklər bitirib. Eyni zamanda Qarabağ torpağı igid, qəhrəman oğullar, ziyalı, savadlı, istedadlı insanlar da yetişdirib.

Qarabağın yetişdirdiyi ziyalılardan biri olan tanınmış jurnalist, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri, el-obamın, Cəbrayılımın dəyərli oğlu Anar Cəbrayıllı da işğaldan azad olunmuş əraziləri ziyarət edib. O ziyarət zamanı lentə aldığı bir neçə dəqiqəlik süjetdə ərənlərimizin göstərdiyi şücaətlərdən danışıb, Hadrutu azad edərkən qət etdikləri yüksəkliklərdən, həmçinin Hadruta gedən, qəhrəmanların izləri ilə zəngin olan “ağ yol”dan bəhs edib. Hansı ki, Anar Cəbrayıllı özü də doğma yurdları ziyarətə bəhs etdiyi “ağ yol” üzərindəki izlərlə gedib.

O izlər güvənin, mərdliyin, ərliyin, cəsurluğun, qeyrətin tarix boyu silinməyəcək izləridir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımıza can sağlığı versin.

Amin.

Kamal Əsgərov

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki