image-970_50
image-214835306_3873947792717231_122100444754082180_n

Qənirə Paşayeva Əməkdar jurnalist, yazıçı-publisist Varis Yolçiyevi yubileyi münasibəti ilə təbrik edib

image-728_90
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tanınmış yazıçı-publisist Varis Yolçiyevi 55 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
“Hörmətli Varis müəllim,
Sizi 55 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz istər ədəbi, istərsə ictimai, təşkilati fəaliyyətinizlə həmişə seçilmisiz. Sizin adınız yalnız ölkəmizdə deyil, bir çox xarici ölkədə yaxşı tanınır.
Təsadüfi deyil ki, siz Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, Beynəlxalq Yazıçılar Gildiyasının, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının, Rusiya Yazıçılar İttifaqının da üzvüsüz.
Siz 1991-ci ildə “168 saat” qəzetinin baş redaktoru, 1993-cü ildə “7 gün” qəzetinin redaktoru olmusuz. 1995-ci ildə AzTV-nin “Gecə kanalı” proqramının yaradı­cı­larından olmusuz.
2004-cü ildə “Azərbaycan” nəşriyyatına baş redaktor təyin edilmisiz. 2007-ci ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru vəzifəsinə gətirilmisiz. Siz, həmçinin Azərbaycanda ilk milli teleradio jurnalı “TV plyus”un baş redaktorusuz.
18 kitabın redaktoru olmusuz.
Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələriniz “Ulduz” jurnalında dərc edilib. 1990-cı illərdən başlayaraq isə sizin ədəbi mətbuatda digər hekayələriniz yayınlanıb. İlk bədii kitabınız (“Sonuncu ölən ümidlərdir”) 2008-ci ilin noyabrında gün üzü görüb. Sonra sizin ard-arda çıxan “Bir ovuc torpaq”, “Sənə inanıram”, “Yetmiş yeddinci gün”, “Əzilmiş fotoşəkillər”, “Metamorfoz”, “Yol ayrıcında azıb qalanlar”, “Son məktub”, “Yaşıl üzlü gündəlik”, “Bitməyən matç”, “Üçbucaq”, “Uzaqdan gələn yağış” və b. kitablarınız nəşr olunub, sizə geniş oxucu məhəbbəti qazandırıb. Kitablarınız ölkəmizlə yanaşı Özbəkistan, Türkiyə və Rusiyada da nəşr olunub.
Siz “Qızıl Kəlmə” ədəbiyyat mükafatı, III LiFFT festivallar festivalının qızıl medalı, UNESCO-nun “Adam Mitskeviç” medalı, Rusiya Yazıçılar İttifaqının “Mayakovski”, “Puşkin” medalları və başqa təltiflərə layiq görülmüsüz.
Sizi yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
Q.Paşayeva yubilyara Komitə adından təbrik məktubu və xatirə hədiyyəsi təqdim edib.
V.Yolçiyev səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
Bir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
3 kişi ve ayakta duran insanlar sanatı olabilir
image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki