image-qanunla-reklam
image-197525971_390972068895787_2473188934334937589_n

Qənirə Paşayeva Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, şəhid Xəyal Həsənovun anası Zərnişan Həsənova ilə görüşüb-FOTO

image-lady-day-az

MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, şəhid Xəyal Əliyulla oğlu Həsənovun anası Zərnişan Həsənova ilə Milli Məclisdə görüşüb. Şəhid əsgərin qəhrəmanlıqlarla dolu döyüş yolu ilə maraqlanan Q.Paşayeva onun həm də mədəniyyət sahəsinə aid olan Milli Kulinariya Assosasiyasının üzvü kimi həmişə öz işinə sevgi və peşəkarlıqla yanaşdığını minnətdarlıqla qeyd edib: “Siz, Vətən uğrunda öz canını qurban vermiş mərd əsgərimizin anasısız. İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox şəhid anaları haqq edir. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında ehtiramla baş əyirik! Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş oğlunuz “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Xəyal kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik”! Görüşdə Azərbaycan Milli Kulinariya Assosasiyasının rəhbəri və Milli Kulinariya Mərkəzinin direktoru, Əməkdar Mədəniyyət işçisi Tahir Əmiraslanov iştirak edib.

Açıklama yok.

Açıklama yok.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki