image-qanunla-reklam
image-1629351238-eca0bb77-91b0-39f4-be51-e9e2a00c8e1a_850

“Qərb Əfqan ordusuna hərbi bilikləri öyrədə bilmədi” – Rusiya TŞ

image-lady-day-az

“Son 20 il ərzində ABŞ Əfqanıstanda qlobal narkotik laboratoriyası yaradıb. Ölkədə tiryək istehsalı 40 dəfədən çox artıb, Əfqanıstan dövlətinin inkişafı isə onilliklərlə geriyə atılıb”.

Qanunla.Az  xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev deyib.

Sədrin sözlərinə görə, Amerika qoşunlarının mövcudluğu zamanı Əfqanıstanda terror hücumlarının sayı sürətlə artıb. Rusiya TŞ rəhbəri həmçinin qeyd edib ki, bir çox terror təşkilatları Əfqanıstan torpaqlarını baza hesab edir.

O, əlavə edib ki, ABŞ Əfqanıstanda iyirmi illik hərbi-siyasi mövcudluğu dövründə narkotik maddələrin alveri ilə mübarizə aparmaq əvəzinə, qlobal miqyasda narkotik laboratoriyası yaratmaq layihəsini həyata keçirib:

“Qərb heç vaxt Əfqanıstan ordusunu, polisini və xüsusi xidmət orqanlarını hərbi biliyi öyrədə bilmədi. Mənəvi və psixoloji cəhətdən korlanmış hərbi qüvvələr döyüşmədən təslim oldu”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki