Əgər Qərb pulu “qırğına” deyil, ölkənin inkişafına yönəltsəydi, Ukrayna bir sıra sahələrdə lider ola bilərdi.
Qanunla.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.
“Əgər Qərb Ukraynadakı qırğına xərclədiyi pulu Ukraynaya yatırsaydı, o zaman bu ölkə indi bir sıra sahələrdə liderə çevrilərdi. Əgər biz demokratik, firavan, mütərəqqi dövlət yaratmaq istəsəydik, o zaman bu pullar Ukraynanın inkişafına xərclənərdi”, – deyə Zaxarova qeyd edib.