Əslən Qərbi Azərbaycandan olan gənc bəstəkar Ruhin İsmayılov Londonda təşkil olunan “Golden Time Talent” müsabiqəsinin qalibi olub.
Qanunla.Az xəbər verir ki, onun fortepiano üçün bəstələdiyi “Fantasia” əsəri müsabiqənin ən yaxşı kompozisiyası seçilib.
Qeyd edək ki, R.İsmayılovun simli kvartet üçün yazdığı “The Return” əsəri bu ilin sentyabr ayında Polşada keçirilən V “Dünyanın ən yaxşı musiqiçiləri” müsabiqəsində 2-ci yeri tutub.