image-qanunla-reklam
image-narishkin

Qərbin addımları nifrətə səbəb ola bilər – Narışkin

image-lady-day-az

Rusiya vətəndaşlarının Qərb siyasətini rədd etməsi nifrətə çevrilə bilər.

Qanunla.Az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

“Biz onların sanksiyalarını qanunsuz, kifayət qədər aqressiv və hətta düşmən hərəkətlər kimi qəbul edirik. Bu sanksiyalar əlbəttə ki, əhalinin, adi vətəndaşların və rusiyalıların şüuruna təsir edir. Birincisi, bütün təhdidlər milləti birləşdirir. Bizim vətəndaşlar anlayır ki, bu, təhdiddir. İkincisi, ilbəil biz Qərbin Rusiyaya qarşı siyasətləri səbəbindən rusiyalılar arasında xoş olmayan halların artmasını müşahidə edirik. Ən pisi də odur ki, bu, nifrətə çevrilə bilər. Buna diqqət etmək lazımdır”, – Narışkin bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki