image-qanunla-reklam
image-hemas-2023

Qətərdə HƏMAS üzvləri ilə mühüm görüş

image-lady-day-az

Qətər hökumətinin başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əs-Sani paytaxt Dohada HƏMAS nümayəndə heyətini qəbul edib.

Qanunla.Az xəbər verir ki, bu barədə Qətər XİN-in X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, nümayəndə heyətinə HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Həya rəhbərlik edib.

Tərəflər Qəzza zolağında atəşkəs danışıqları çərçivəsində son hadisələri müzakirə edib, həmçinin anklavda davam edən müharibəyə son qoyacaq aydın və hərtərəfli razılaşmanın hazırlanması məqsədi ilə irəliləmənin mümkün yollarını nəzərdən keçiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki