image-qanunla-reklam
image-1713709143_baki_yeni

Qeyri-neft sektorunun inkişafında müsbət tendensiya

image-lady-day-az

Qeyri-neft sektorunun inkişafında müsbət tendensiya.

Respublikamız öz müstəqilliyini əldə etdikdən qısa bir müddət sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkədə yeni iqtisadi model formalaşdırılmasına başlanmışdır. Müstəqilliyin ilk illərində iqtisadi sahələr arasında əsasən diqqətin neft sektoruna yönəldilməsi bu sahənin digər sahələrə nisbətdə daha üstün səviyyədə inkişaf etməsinə şərait yaratmışdır. Nəticədə neft amilinin rolu artmış, bu sahəyə yatırılan investisiyaların həcmi böyümüşdür. Bununla yanaşı, neft sektorunda olan inkişaf iqtisadiyyatın digər sahələrinə də təsir göstərmiş, dövlətin qeyri-neft sektoruna təsir etmə imkanlarını daha da genişləndirmişdir. Lakin, neftin bərpa olunmayan resurs olması və son dövrlərdə dünya neft bazarında neftin qiymətində olan dəyişikliklər qeyri-neft sektorunun inkişaf etdirilməsinin zəruriliyini açıq şəkildə göstərmişdir. Son illərdə ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi uğrunda sahələrarası tarazlığın yaradılması, təbii və maddi resurslardan səmərəli istifadə edilməsi aktual məsələ olaraq qalmaqdadır. Hökumət tərəfindən həyata keçirilən dövlət proqramları və tədbirlər də müvafiq olaraq qeyri-neft sektorunun inkişafına zəmin yaratmışdır. Hal-hazırda dövlətimiz qeyri-neft sektorunun inkişafını özünə prioritet sahə seçmiş və əsas vəzifə kimi qarşısına qoymuşdur. Buna görə də ölkədə diqqət əhalinin rifah səviyyəsinin yüksəldilməsi, ixracyönümlü iqtisadiyyata keçid və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına yönəldilmişdir. Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadiyyatında müsbət tendensiyalar nəzərə çarpır. İqtisadiyyatımızın neftdən asılılığını azaltmaq üçün, neftdənkənar sektorlara investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artmaqda davam edir. Bunun da nəticəsində qeyri-neft sektoru üzrə istehsal və ixrac göstəricilərində artım müşahidə edilir.

Sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunan müşavirədə dövlət başçısı cənab İlham Əliyevin qeyd etmişdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik.

Qeyri-neft iqtisadiyyatının inkişafı ilə yanaşı, Azərbaycanın ümumi tərəqqisində mühüm rol oynayan neft sektorunda da son dövrlərdə sabitləşmə və müsbət meyillər müşahidə edilməkdədir. Dövlət başçısının vurğuladığı kimi son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə buraxılmış bir sıra nöqsanlar neftin hasilatının ildən-ilə azalmasına səbəb olub, həmin nöqsanların aradan qaldırılması və neft hasilatının sabitliyinin təmin edilməsi üçün xarici konsorsiumla danışıqlar aparılıb və vəziyyət ümidvericidir. Hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlənilir və həmin layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozları əldə olunacaq. Ümumilikdə, yeni layihə və yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilməsi gözlənilir ki, bu da neft-qaz sahəsində müsbət templəri təmin edəcək.

 

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki