Yol polisi Nəcməddin Sadıkovun törətdiyi yol qəzası barədə məlumat yayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli “Unikal” bildirib ki, “Toyota Land Cruiser “ markalı, 90 AS 020 seriyalı avtomobili idarə edən vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğlu tərəfindən törədilən yol-nəqliyyat hadisəsinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib olunub.
Yol nəqliyyat hadisəsi sənədləşdirilib, qarşı tərəfə dəyən ziyan ödənilib.