image-qanunla-reklam
image-1722674352_453773013_1968813736866294_6194464780774339647_n

Qəzada ölən Məryəm bu universitetin tələbəsi imiş

image-lady-day-az

Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı 2006-cı il təvəlüdlü Ağayeva Məryəm Maqsud qızı dünyasını dəyişib.

Qanunla.Az xəbər verir ki, M.Ağayeva Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin birinci kurs tələbəsi idi.

Qeyd edək ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşrut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşrut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb, 19-u isə xəsarət alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki