image-qanunla-reklam
image-eliyev-yeni

Qəzanın təfərrüatları tam araşdırılacaq

image-lady-day-az

Qəzanın təfərrüatları tam araşdırılacaq.

Hər gün minlərlə təyyarə səmaya qalxır və enir. Sərnişinlər üçün bu, adi bir səyahət kimi görünsə də, hər uçuşun arxasında böyük bir məsuliyyət və fədakarlıq dayanır. Pilotlar və ekipaj üzvləri hər an gözlənilməz vəziyyətlərə hazır olmalı, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün sürətli və düzgün qərarlar verməlidirlər. Bu günlərdə baş verən Azərbaycan təyyarə qəzası da onların qəhrəmanlığını bir daha sübut etdi. 25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava yolları “ aviaşirkətinn (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 kilometr yaxınlığında qəzaya uğrayıb..

Adətən təyyarə qəzalarının səbəbi texniki nasazlıq, pilot səhvi, yaxud terror aktı hesab olunur.Azərbaycanın aviasiya tarixi də belə qəzalardan və səhvlərdən yan keçməyib. Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə , son versiya “ Qara qutu “lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki  təyyarəsi Rusiya ərazisində,Qroznı şəhərinin yaxınlığında  xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir.Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xəsarətdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal,elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimiyyətdə də bu məsələ ilə məlumatlandırıldı. Hərkəsin daxilində hüzn və kədər hakim olsada qəhrəmanlarmızın daimi olduğunu olduğunu ir daha bütün dünyaya göstərdi. 25 dekabr tarixində baş vermiş təyyarə qəzası Azərbaycanda böyük bir faciə idi.Qəzada həlak olanlar,özlərindən sonra səmada silinməyəcək bir sonsuzluq buraxdılar.Onlar Azərbaycan tarixinə qızıl hərflərlə yazıldılar.

 Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktor müavini, baş həkim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki