image-qanunla-reklam
image-1720644996-2721971-689ade663afdd9f9e6a1f7ade50347d7

Qırğızıstan pezidentinin qardaşı qızının nişanlısı həbs olundu

image-lady-day-az

Qırğızıstan Prezidenti Sadır Japaovun qardaşı qızı Ləzzət Nurkojoyevanın nişanlısı həbs edilib. 

Qanunla.Az Qırğızıstan mediasına istinadən xəbər verir ki, adı bir müddət əvvəl helikopter qalmaqalında hallanan Aftandil Sabırbekov avqustun 3-dək həbsdə qalacaq.

Aftandil Sabırbekov Qırğızıstan Cinayət Məcəlləsinin 282-ci maddəsinin 3-cü bəndi – “külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların analoqlarını hazırlama” ilə ittiham olunur.

Belə bir cinayət əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki