image-qanunla-reklam
image-ilham_imzaa

Qırğızıstanla imzalanmış iki saziş təsdiqləndi

image-lady-day-az

Azərbaycan və Qırğız Respublikası arasında imzalanmış sazişlər təsdiqlənib.

Qanunla.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sənədləri imzalayıb.

Sənədə əsasən, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş” təsdiq edilib.

Həmçinin, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” təsdiqlənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki