image-qanunla-reklam
image-ehali

Qiymət artımı nominal gəlir artımını üstələdi

image-lady-day-az

Hər hansı bir ölkədə vətəndaşların gəlirinin real artımı daha çox əhəmiyyət kəsb edir. Çünki nominal artımla real artım arasında ciddi fərq olur. Hazırda Azərbaycanda kiçik də olsa nominal artım var. Lakin inflyasiyanın nominal artımdan bir neçə dəfə çox olması real gəlirlərin azalması deməkdir.

Bu sözləri Qanunla.Az-a iqtisadçı Natiq Cəfərli ölkə əhalisinin nominal gəlirinin qiymət artımına nisbətən az olması barədə danışarkən deyib.

“Əhalinin bu ilin yanvar-iyul ayları ərzində real gəliri azalıb. Çünki inflyasiya nominal gəlirin böyük bir hissəsini həm yeyib, həm də real gəlirlərin azalmasına səbəb olan səviyyədədir. Ərzaq inflyasiyası daha yüksəkdir. 5%-dən çoxdur. Əhalinin böyük bir hissəsinin əsas gəlirini ərzağa xərclədiyini nəzərə alsaq, bu, daha çox mənfi təsir göstərən amildir. Buna əsasən, Azərbaycanda əhalinin real gəlirlərinin azalmasını söyləmək mümkündür”, – ekspert bildirib.

Qeyd edək ki, Azərbaycanda cari ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri 27 milyard 580,7 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 0,4 faiz artıb. Ölkədə qiymət artımı isə 4,3% olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki