Qızılın qiyməti ABŞ istiqrazlarının gəlirliliyinin artması fonunda cüzi düşüb.
“Qanunla.az” xəbər verir ki, bunu birjaların məlumatları göstərir.
Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 4,25 ABŞ dolları və ya 0,25 % ucuzlaşaraq 1 unsiyası 1 711,75 dollar təşkil edib. Gümüşün dekabr fyuçersləri isə 0,37 % ucuzlaşaraq 1 unsiyası 21,422 dollar olub.
Xatırladaq ki, ötən gün qızılın qiyməti 2 % artaraq, təxminən, bir ay ərzində ilk dəfə 1 unsiyası 1700 dolları ötüb.