ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini bir qədər də artırması perspektivi ilə dünya bazarında bir qədər də ucuzlaşıb.
“Qanunla.az” xəbər verir, bunu birjaların məlumatları göstərir.
Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,12 % və ya 2,1 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 769,15 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 1,07 % ucuzlaşaraq 1 unsiyası 19,260 ABŞ dolları təşkil edib.
FES-in daha sərt monetar siyasəti dolları gücləndirir və bununla da qızıla tələbi azaldır.