image-qanunla-reklam
image-17418549872300721958

Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib

image-lady-day-az

Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib.

13 mart 2025-ci il tarixdə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu öz işinə başladı. Martın 15-dək davam edəcək Forumda dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın xarici qonaq iştirak edir. XII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma rolunu oynayır. Burada aparılan diskussiyalar beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcək. Bakı bir daha strateji dialoq mərkəzi kimi çıxış edərək dünyanın diqqətini mühüm qlobal problemlərə yönəldir. Azərbaycanın sivilizasiyalararası dialoqu dəstəkləməsi, beynəlxalq arenada konstruktiv rolu və qlobal məsələlərin həllində fəal iştirakı bu tədbirin uğurlu nəticələr verəcəyinə əminlik yaradır. XII Qlobal Bakı Forumu dünya üçün yeni perspektivlər açan və qlobal həmrəyliyi gücləndirən mühüm bir tribunaya çevriləcək. Panel iclaslar üzrə aparılan müzakirələrdə, həmçinin Forumun əhəmiyyəti ilə bağlı fikirlərdə də bu məqamlar xüsusi yer alır. XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında Türkiyə Böyük Millət Məclisinin üzvü, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu bu çağırışı etdi ki, biz qlobal tarixin kəsişən nöqtəsində yaşayırıq. Bu dəyişikliklər təkcə nəzəri deyil, həmçinin real vaxtda ərsəyə gəlməkdədir. İkinci Dünya müharibəsindən sonrakı düzənin hələ də tam başa çatmadığını söyləyən Mövlud Çavuşoğlu bildirdi ki, biz qəbul etməliyik ki, 80 il yaşadığımız dövr artıq dəyişir. Türkiyə olaraq düşünürük ki, əvvəlkindən fərqli olaraq Rusiya-ABŞ-dan çox, Çin-ABŞ rəqabətini görəcəyik. Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır. Bu məsələlər qlobal Qərb tərəfindən başa düşülməlidir. Biz ən azından gözləntiləri başa düşməliyik. Əvvəlki sistem hələ tam dağılmayıb. Biz islahatlar apararaq hamının iştirakı ilə yeni sistem qurmalıyıq. Əməkdaşlıq çərçivəsində münasibətləri dəyişməliyik. Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo isə vurğuladı ki, biz hazırda çoxqütblü dünya haqqında danışırıq. Hazırda çoxqütblülər arasında çaşqınlıq və yaxud xaosla üzləşmişik. Bu yaxınlarda BMT 80 illik yubileyini qeyd edəcək. Hamı gələcəyi necə qurmaqla bağlı tarixə baxmalıdır. BMT fəaliyyətini davam etdirməli, yoxsa dayandırmalıdır? Biz çarxı yenidən icad etməməliyik. Hesab edirəm ki, BMT-nin effektivliyini təmin etməklə onu saxlamalıyıq. Qlobal səviyyədə idarəçilik dəyişməlidir: “Çoxqütblü dünya kiminsə ideyası, xülyası deyil. Çin inanır ki, ABŞ-la həm dost, həm də tərəfdaş ola bilər. Sadəcə, böyük güclər özlərini böyük kimi aparmalıdır. Biz tarixi ədaləti bərpa etməliyik, xüsusilə Afrika ölkələrinə qarşı.

Albaniya Respublikasının Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirdi ki, Bakı Qlobal Forumu mühüm məsələlər haqqında müzakirələr aparmaq üçün çox yaxşı fürsətdir. Düşünürəm ki, dünyanın narahat olduğunu, o qədər çox mənfi hadisələrin olduğunu nəzərə alsaq, bütün bu çağırışları öz imkanlarımıza çevirmək üçün real imkanları müzakirə edə bilərik. Burada ən vacib məqamlardan biri hər bir təmsilçinin öz ölkəsində rastlaşdığı problemlərdən danışmasıdır. Bu problemlər barədə fikirlərimi əvvəlcə Prezident İlham Əliyevlə, eyni zamanda, bir sıra Forum iştirakçıları ilə bölüşmək istədim. Bu Forum həm təcrübələrimizi, həm də narahatlıqlarımızı bölüşmək üçün yaxşı fürsətdir.

Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa bildirdi ki, Qlobal Bakı Forumu mümkün qədər geniş fikir müxtəlifliyini təmsil edən insanları neytral və mehriban bir mühitdə bir araya gətirərək, onların dünyanın qlobal çağırışları ilə bağlı fikir mübadiləsi aparmasına imkan yaradır. Forumda enerji, səhiyyə, beynəlxalq əlaqələr və hamımızın yaşadığımız informasiya məkanına inam məsələlərinə toxunulacaq.

Təbii ki, bu kimi rəyləri xeyli sayda davam etdirə bilərik. Cənab İlham Əliyev XII Qlobal Bakı Forumu çərçivəsində Albaniya Respublikasının Prezidenti Bayram Beqay, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə görüşdü. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu, Bolqarıstanın xarici işlər nazirini, Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu, BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edən dövlət başçısı İlham Əliyev Forumun beynəlxalq gündəlikdə dayanan məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirdi.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi -Ehtiram Osmanov.

COVID vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı etdik

 Ötən əsrin sonlarında təcavüzkar Esmənistanın ölkəmizə qarşı elan olunmamış müharibəyə başlaması, ölkədaxili mövcud vəziyyət dərin iqtisadi-siyasi böhrana, ərzaq qıtlığına, küllü miqdarda maliyyə çatışmazlığına səbəb olmuşdu. Paytaxt Bakı və regionlarda insanlar saatlarla çörək növbəsində gözləməyə məcbur olurdular. Bü cür ağır iqtisadi vəziyyəti Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra surətlə iqtisadi inkişaf əvəz etməyə başladı. Ötən əsrin sonu ilə bizi cəmi üç onillik ayırır. Biz  bu üç onillikdə hansı iqtisadi-siyasi dəyişiklikliyə şahid olduq : qısa və lakonik söyləmək olar ki, əsrin sonlarında özü maliyyə və humanitar yardıma ehtiyyac duyan Azərbaycan bu gün özü dünyanın bir sıra ölkəsinə humanitar və maliyyə yardımı göstərir. Azərbaycan Respublikası Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qlobal səviyyədə ağır maliyyə böhranına səbəb olmuş Covid-19 virusunun dünyada cərəyan etdiyi aylarda dünyanın 80-dən çox ölkəsinə humanitar və maliyyə yardımı etmişdir. Przident İlham Əliyev “Dünya düzəninin yenidən düşünülməsi : Çağırışların fürsətə çevrilməsi” mövzusunda 13 mart 2025-ci ildə keçirilən XII Qlobal Bakı Forumunda çıxış edərək bu mövzuya xüsusi diqqət yetirərək vurğuladı ki, Biz nəticələrə nail olmalı idik. Burada, şaxələndirilmiş xarici siyasətimiz kömək etdi.  Dörd il ərzində 120 ölkəni birləşdirən təşkilata – Qoşulmama Hərəkatına sədrlik etdik və fərqli durumda olan üzv dövlətlərə, o cümlədən COVID vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərməklə onlara fəal dəstək verdik. Eyni zamanda, Avropa tərəfdaşları ilə fəal əlaqədə olaraq Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü salan tərəf kimi öz rolumuzu gördük. Düşünürəm ki, uğur qazandıq, çünkiCOP29 zamanı bir sıra mühüm məsələlər üzərində razılığa gəlmək asan deyildi.

Qardaş Türkiyə Respublikasında baş verən dəhşətli zəlzələ, güclü meşə yanğınları zamanı ilk humanitar və maliyyə yardımı edən ölkə məhz Azərbaycan Respublikası oldu. Eyni zamanda 3 ildir bütün şiddəti ilə davam edən Rusiya-Ukraina müharibəsindən əziyyət çəkən mülkü insanlara ölkəmiz mütəmadi olaraq humanitar yardım göstərmişdir və göstərməkdə davam edir. Xarici dövlətə göstərilən maliyyyə və humanitar yardım eyni zamanda ölkənin gücünü, onun humanitar mövqeyini, etibarlı tərəfdaş olduğunu sübut edir. Biz özünü demokratik ölkə kimi qələmə verərək xaricdə mərkəzləşmiş terror təşkilatlarını, silahlı dəstələri, işğalçıları silahlandıran bəzi dövlətlər kimi ikili mövqe sərgiləmədən hər zaman köməyə ehtiyyac duyan, öz evindən, yurdundan çıxmağa məcbur olmuş məzlum insanların fəryadına səs verərək humanizim prinsiplərini əsas götürüb onlara maliyyə və humanitar yardım göstərməyə tələsmişik. Belə yüksək mənəvi keyfiyyətli siyasi yol tutaraq ölkəmizi dünya miqyasında humanizmi, əsl demokratiyanı sevən və nümayiş etdirən dövlət kimi tanıtdığı üçün Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımızı bildiririk.

Zərdabi adına Əlvənd kənd tam orta məktəbinin direktoru E. Xəlilov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki