image-2000_150
image-970_50
image-ramazanbackend

QMİ Ramazan ayı ilə bağlı toplantı keçirəcək

image-728_90

Yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının toplantısı olacaq və Ramazan ayının başlanması ilə əlaqədar müvafiq Fitva veriləcək.

Bu barədə Qanunla.Az-a QMİ-nin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, bu il Ramazan ayının dəqiq başlanma tarixi QMİ Qazılar Şurasının Fitvasında bəyan ediləcək.

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının ilk gününü Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Ayın ölkəmizin üfüqi ərazisində görünməsinə dair hesablamalarına istinadən müəyyən edir.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki