image-970_50
image-1631686068_61418b415693661418b4156937163168544161418b415693461418b4156935

Qoca Səmədov xəstəxanaya yerləşdirildi

image-suni_mayalanma_qiymeti

 

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədov yenidən xəstəxanaya yerləşdirilib.

Bir müddət əvvəl Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum olunan sabiq icra başçının vəziyyəti pisləşdiyi üçün ilk olaraq Şəkidəki Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Daha sonra o, Bakıya gətirilərək Mərkəzi Klinikaya yerləşdirilib və növbəti dəfə ürəyindən əməliyyat olunub.

Hazırda sabiq icra başçısının müalicəsi davam etdirilir. Qoca Səmədovun vəkili Elnur Vəliyev faktı təsdiq edib.

Qeyd edək ki, Qoca Səmədov bir müddət əvvəl də ürəyindən əməliyyat olunmuşdu.

Xatırladaq ki, Q. Səmədov DTX-nin 2019-cu ilin noyabr ayında keçirdiyi əməliyyat zamanı saxlanılıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinib.

Q. Səmədov bu ilin sentyabrında Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki