image-qanunla-reklam
image-qrossi-islami

Qrossi Tehranda: İranla nüvə danışığı…

image-lady-day-az

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) Baş direktoru Rafael Qrossi Tehrana səfəri zamanı İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami ilə görüşüb.

Qanunla.Az xəbər verir ki, görüş jurnalistlər üçün qapalı şəraitdə keçirilib.

Görüşdən sonra açıqlama verən R.Qrossi diqqətə çatdırıb ki, danışıqlar zamanı texniki məsələlər müzakirə olunub. Onun sözlərinə görə, İran ilə MAQATE əməkdaşlığı davam etdirməlidir. Növbəti görüş Vyanada keçiriləcək və daha əhatəli məsələlər müzakirə olunacaq.

M. İslami isə bildirib ki, rəsmi Tehran danışıqların davam etdirilməsində maraqlıdır və MAQATE ilə əməkdaşlıq əlaqələri də davam edəcək.

Qeyd edək ki, İranın Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhriz Kamalvənd MAQATE-yə əvvəlcə əldə olunan razılaşmadan kənar nüvə obyektlərində monitorinq aparılmasına icazə verməyəcəyini bildirib. Məsələ burasındadır ki, 2015-ci ildə İran MAQATE-yə obyektlərdə monitorinq aparılmasına icazə vermiş və bunun müqabilində sanksiyaların aradan qaldırılmasını tələb etmişdi. Bu məsələ ABŞ ilə də razılaşdırılmışdı. Lakin MAQATE İranın nüvə obyektlərinə baxış keçirməsinə baxmayaraq, heç bir sanksiya aradan qaldırılmadı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki