image-qanunla-reklam
image-xon7axx4yihbjhtsj2l7j44f71yrom9jw7dvjkgg_1200

Qubada 102 min manatlıq dələduzluq edən şəxslər saxlanılıblar

image-lady-day-az

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar.

Qanunla.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq, özgənin etibarından sui-istifadə etməklə bir nəfərin əmlakını ələ keçiriblər.

Onlar zərərçəkmişə onu işə düzəldəcəkləri vədini verərək, Bakı şəhərində yerləşən evini girov qoyub, əvəzində pul götürüblər. Lakin vədlərinə əməl etməyərək, həmin şəxsə 102 min manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki