image-qanunla-reklam
image-niva_qeza

Qubada ağır yol qəzası: ölən var

image-lady-day-az

Qubada “Şaqman” markalı yük avtomobili ilə NİVA markalı minik avtomobili toqquşub.

Qanunla.Az  xəbər verir ki, hadisə Bakı-Quba yolunun İsnovqışlaq kəndi yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan rayonun İkinci Nügədi kənd sakini Əmrulla Sədulla oğlu Əfəndiyev xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, o, xəstəxanada ölüb.

Hadisə yerinə FHN-nin xilasetmə Dövlət Yanğından Mühafizə Hissəsinin Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki