Quba-Qonaqkənd yolunun 2-ci kilometrliyində ağır yol qəzası baş verib.
Qanunla.Az xəbər verir ki, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
1998-ci il təvəllüdlü Rauf Nəcəf oğlu Nəcəfov “VAZ-2106” markalı minik avtomobilində idarəetməni itirərək Fərman Adıgözəlovun idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü Rauf Nəcəfov hadisə yerində həlak olub. 2000-ci il təvəllüdlü Taleh Hafiz oğlu Abıyev xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Həmin avtomobildə olan digər iki sərnişin – Qubanın İkinci Nügədi kənd sakini, 1992-ci il təvəllüdlü Rahim Elman oğlu Qəhrəmanov, Amsar kənd sakini, 2005-ci il təvəllüdlü Bəhruz İlham oğlu Şərafəddinov və “Qazel”də olan sərnişinlər – Quba şəhər sakinləri – 1972-ci il təvəllüdlü Elmar Abdulhəmid oğlu Babayev və 1968-ci il təvəllüdlü Azər İbrahim oğlu Məmmədov xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Emin Kərimov