image-qanunla-reklam
image-fotojet-6

Qubada evdən oğurluq edən şəxslər saxlanılıb – FOTO/VİDEO

image-lady-day-az

 

Quba Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər Bakı şəhər sakini, ona məxsus Quba rayonunun Digah kəndindəki yaşayış olmayan evdən qapını sındırma yolu ilə oğurluq edildiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Ravin Eldarov və Vilayət Ziyadxanov saxlanılıblar.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin rayonun Digah kəndindəki yaşayış olmayan evdən 1 ədəd televizor, 1 ədəd noutbuk, 1 ədəd DVD pleyer, 1 ədəd rəqəmsal peyk antena nizamlayıcısı və digər elektrik məişət avadanlıqları oğurladıqları müəyyən edilib.

Faktla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki