image-qanunla-reklam
image-1626872437_5a0d7cba2d42c_piyada

Qubada FACİƏ: Oğul atasını avtomobillə vuraraq öldürdü

image-lady-day-az

Qubada bədbəxt hadisə nəticəsində oğlu atasını öldürüb.

Qanunla.Az  xəbər verir ki,   hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi “Ford” markalı yük avtomobilini geri sürərkən maşının arxasında duran atası 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.

Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki