Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb. Hazırda bir qədər  tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur.

Bunu “Qanunla.az”a Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib.

O qeyd edib ki, Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib.

“Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.