image-qanunla-reklam
image-1666708204_1634811828_xz

Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə yanaşı, ən mühüm mərhələlərdən biri də yerli sakinlərin öz doğma yurdlarına qayıdışıdır

image-lady-day-az

Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə yanaşı, ən mühüm mərhələlərdən biri də yerli sakinlərin öz doğma yurdlarına qayıdışıdır

Postmüharibə dövründə Qubadlıda əsas sosial-iqtisadi və infrastruktur obyektlərinin bərpası ilə yanaşı, yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış binaları və digər ictimai obyektlər tikilməyə başlanılıb. Qubadlı şəhərinin iqtisadi potensialını bərpa etmək məqsədilə kənd təsərrüfatı, sənaye və turizm sahələri üzrə layihələr həyata keçirilir. Ərazinin münbit torpaqları, təbii sərvətləri və strateji mövqeyi Qubadlının tezliklə iqtisadi cəhətdən güclü bir rayona çevriləcəyinə ümid verir.

İlk növbədə, Qubadlıya gedən yol infrastrukturu yenidən qurulub. Hazırda rayon ərazisində genişmiqyaslı layihələr çərçivəsində əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. İşğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində 27 oktyabr 2021-ci il tarixində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb.

Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb.

Bütün bu işlərlə yanaşı su, elektrik və qaz təminatı sistemlərinin bərpası istiqamətində işlər davam edir. Bundan əlavə, müasir texnologiyalarla təchiz edilmiş kənd təsərrüfatı müəssisələrinin yaradılması, turizm üçün yeni obyektlərin inşası da planlaşdırılır. “Ağıllı kənd” konsepsiyası əsasında qurulan layihələr Qubadlını gələcəyin modern şəhərlərinə çevirmək məqsədi daşıyır.

Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə yanaşı, ən mühüm mərhələlərdən biri də yerli sakinlərin öz doğma yurdlarına qayıdışıdır. Hazırda dövlət tərəfindən rayonun tam bərpa olunması və əhalinin təhlükəsiz şəkildə məskunlaşdırılması üçün tədbirlər görülür. Bu proses həm də Qubadlının sosial və iqtisadi həyatının yenidən canlanmasına şərait yaradır.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Qubadlının azad olunması əməliyyatı müharibənin gedişatında, Qələbə və Zəfərə gedən yolumuzda önəmli mərhələ təşkil etdi

Azərbaycanın səfalı, dilbər guşələrindən olan Qubadlı rayonunun erməni işğalından azad olunmasından dörd il ötür. Düz dörd il öncə-25 oktyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu Qubadlı rayonunun bir neçə kəndini və Qubadlı şəhərini yağı düşmən tapdağından azad etdi.

1993-cü ilin 31 avqust tarixində düşmən-təcavüzkar Ermənistanın işğalına məruz qalan, 27 il düşmən tapdağı altında inləyən Qubadlı rayonu, Qubadlı şəhəri yenidən özünə qayıtdı, yenidən qubadlıların və Azərbaycanın oldu. Müjdəli xəbəri, Qubadlı şəhərinin azad olunması xəbərini isə Müzəffər Ali Baş Komandan özü Azərbaycan xalqına çatdırdı.

Dövlət başçısı 25 oktyabr 2020-ci il tarixində rəsmi “Twitter” hesabında bunları qeyd etdi: “Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Cəmi bir gün sonra, 26 oktyabr 2020-ci il tarixində isə Azərbaycan Televiziyası Azərbaycan xalqına növbəti müraciətində Ali Baş Komandan bunları bəyan etdi: “İndi Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahıları böyük məmnuniyyət və qürur hissi ilə xalqımın diqqətinə çatdıracağam. Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!” Müraciətində Ali Baş Komandan onu da bəyan etdi ki, Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq onun üçün böyük şərəfdir. “Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik”-deyən ölkə Prezidenti vurğuladı ki, heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq! Bəli, həqiqətən də birliyimiz əbədi oldu və qısa müddətdə Qubadlı rayonu bütövlüklə işğaldan qurtarıldı.

Bununla yanaşı, Qubadlının azad olunması əməliyyatı müharibənin gedişatında, Qələbə və Zəfərə gedən yolumuzda önəmli mərhələ təşkil etdi. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndlər də azad edildi. Beləliklə, Laçın dəhlizi nəzarətə götürüldü və artıq müharibənin taleyi həll edildi.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki