image-970_50
image-yenigundem_88a0626b20b7c20e44828a7468df6525_m9n7v2epcxo1juit4rgq

Qubadlının azad edilməsi Vətən müharibəsində uğurlu əməliyyatların nəticəsi idi – Anar Məmmədov

image-728_90

“Ötən ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda çıxdığı müqəddəs yürüşün hər bir günü zəfər gününə çevrildi. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədovdeyib.

A.Məmmədov qeyd edib ki, 25 oktyabr Qubadlının işğaldan azad olunması Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında keçirdiyi növbəti unikal əməliyyatlardan biri idi: “Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra ordumuzun növbəti istiqaməti Qubadlıya yönəldi. Qubadlı rayonunun işğaldan azad edilməsi Vətən müharibəsində apardığımız uğurlu əməliyyatların nəticəsi idi. Qubadlının yerləşdiyi strateji mövqe çox önəmli əhəmiyyətə malik idi. Çünki düşmənin ən güclü istehkamları bu təmas xəttində toplanmışdır. Qubadlının azad edilməsi ilə digər strateji məntəqələrimiz və rayonlarımız da bir birinin ardınca düşmən tapdağından xilas edildi. Vətən müharibəsində Qubadlı istiqamətində hərbi əməliyyatlarımızı apararaq düşmənə ardıcıl olaraq sarsıdıcı zərbələr endirmişdik. Ordumuzun uğurla və inamla irəli addımlaması ölkəmizin hər yerində böyük ruh yüksəkliyi ilə qarşılanırdı. Ölkədə xalq-iqtidar həmrəyliyi qələbəmizi şərtləndirən əsas amillərdən hesab olunurdu. Müharibə dövründə bütün vətəndaşlar bir amal uğrunda birləşmişdilər. Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə xalqımız bir yumruq kimi səfərbər olaraq Ali Baş Komandanın ətrafında sıx birləşmişdilər.”

Milli Məclisin deputatı bildirib ki, bütün işğaldan azad olunmuş Vətən torpaqları kimi Qubadlı da yenidən qurulacaq, orda həyat əvvəlki kimi öz axarında davam edəcəkdir: “Qürurverici haldır ki, bu gün uğurlu sosial layihələrin icrası sürətlə və operativ şəkildə həyata keçirilir. Müharibədə qazandığımız zəfərimiz bizi daha da gücləndirir və qüdrətləndirir. Ölkəmiz bütün sahələrdə sürətlə irəliləyir və bu dünya təcrübəsində çox nadir rast gəlinən inkişaf tempidir. İşğaldan azad olunmuş 3 rayonumuzda beynəlxalq standartlara cavab verən hava limanlarının inşa edilməsi, su elektrik stansiyalarının istifadəyə verilməsi, avtomobil yollarının, tunellərin və digər infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin iqtisadi qüdrətinin təntənəsindən xəbər verir. Əlbəttə ki, 30 ilə yaxın erməni tapdağında olan Qarabağımızın çiçəklənməsi hər bir vətəndaşımızın qəlbini dağa döndərir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli ilə Rəşadətli Ordumuz bizə Qarabağın azadlığını yaşatdı. Bunun üçün xalqımız cənab Prezidentimizə minnətdardır. Şanlı tariximizə qızıl hərflərlə yazılan Zəfərimiz bütün dünyanı heyrətləndirdi.”

Deputat vurğulayıb ki, Azərbaycan Vətən müharibəsindəki parlaq qələbəsi ilə yaratdığı reallıqları daha da möhkəmləndirir: “Bu reallığı düzgün qiymətləndirənlər ondan böyük faydalar qazanacaqlar. Müxtəlif pozucu əməllərlə regionun inkişafına mane olmaq istəyən bədxahlar isə tarixi fürsətləri itirməklə ən böyük ziyanı özlərinə vurmuş olacaqlar. Bu gün Qubadlının işğaldan azad olunmasından bir il ötür. İndi Qubadlı azaddır. Qarabağ və Şərqi Zəngəzurun ən gözəl guşələrindən olan Qubadlı da tezliklə bərpa olunacaq, öz yurdlarından köçkün düşmüş insanlar doğma evlərinə qayıdacaqlar. Tezliklə rayon əhalisi öz doğma torpaqlarında rifah halında yaşayacaqlar. Erməni vandalları görürlər ki, talan edib viran qoyduqları şəhərlərimiz qüdrətli dövlətimiz tərəfindən gündən günə çiçəklənir inkişaf edir.”

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki