image-970_50
image-200528867_565206228220444_6848307889482933145_n

Qurtuluş məfkurəsi Azərbaycanın uğurlu inkişafının ideya əsasıdır

image-728_90

Qurtuluş məfkurəsi Azərbaycanın uğurlu inkişafının ideya əsasıdır

AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması təhlükəsi ilə üzləşdirmişdi. Səriştəsiz rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə qarşı-qarşıya idi. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yolla xaricə satılması, bir sözlə, dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi. Kriminal düşüncəli şəxslər vəzifəyə gətirilmişdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Daxili İşlər naziri insanları qanunsuz həbs edirdi, məhkəməsiz 700 nəfər məhbusu azadlığa buraxıb silahlandırmışdı. Hakimiyyət daxilində Müsavat, Yurd, “Boz qurd”, “boz pencəklilər” və s. kiçik qruplaşmalar yaranaraq bir-birinə qarşı və birincilik uğrunda mübarizə aparırdı. Əli Kərimlinin nəzarətində olan media qurumları Baş Nazir və spikeri ələ salırdı, prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi. Əlbəttə ki, bu qüvvələrin hakimiyyətə gəlməsi ilə Azərbaycanın yeni tarixinin ən faciəli dövrü başlanmışdı. Məhz AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi.
Belə bir vəziyyətdə o zamankı hakimiyyət ulu öndər Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə Ümummilli Liderimiz Bakıya qayıtdı. Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Ölkəmizdə asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Həmçinin idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Bir sözlə, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi rəhbərliyə qayıtması, ölkəmizi məhv olmaqdan xilas etməsi, Azərbaycanı güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan dövlətə çevirməsi təkcə bugünkü deyil, gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün böyük əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi oldu.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev 1993-cü il iyununda Bakıya qayıdışı ilə xalqımızın müstəqillik tarixinin ən mühüm səhifəsini yazdı. Tariximizin yaxın keçmişinə nəzər saldıqda görərik ki, Azərbaycanın müstəqilliyinə təhlükə olan məqamlar çox olsa da, 1993-cü ilin Gəncə hadisələri daha mürəkkəb xarakteri ilə seçilir. Cəbhə hakimiyyəti tərəfindən Yevlax Yunun İlkin Emalı Fabrikinin direktoru vəzifəsindən “polkovnik”, hətta Milli Qəhrəman səviyyəsinə yüksəldilən Surət Hüseynovun qiyamçı dəstələri mövcud AXC-Müsavat iqtidarını devirmək üçün Bakıya üz tutdular. Həmin vaxt Naxçıvan MR Ali Məclisinin Sədri olan ümummilli lider Heydər Əliyev zəngin təcrübəsinə əsaslanaraq bu məqamı çox düzgün qiymətləndirdi. İyun ayının 4-də Gəncə şəhərində başlanan və davam edən hadisələrin narahatlıq doğurduğunu bildirən Ümummilli Lider bildirmişdi ki, şəhərdə qan tökülüb, normal həyat pozulub, faktiki olaraq vətəndaş müharibəsi başlanıb. Bakıda yaranan xaosun, anarxiyanın, özbaşınalıqların davamı kimi Gəncədə baş verənlər Azərbaycanın hərtərəfli məhvinə yönəldilmiş cinayət, AXC-Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi.
Cəmi 1 il hakimiyyətdə olan qara qüvvələrin iqtidarda olduğu dövr Azərbaycanın yeni tarixinin ən faciəli illəri idi. AXC-Müsavat cütlüyünün hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə yadda qaldı. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə istər xarici mətbuata çoxsaylı müsahibələrində, istərsə də xalqa müraciətlərində daim həmin illərdə Azərbaycanın yaşadıqlarına diqqəti yönəldərək bildirirdi ki, bugünkü  Azərbaycan həmin illərin Azərbaycanı deyil. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu çağırış da səsləndi ki, hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.

Abuzər Xəlilov-Şəftəhal kənd sakini, ağsaqqal

 

Yeni Azərbaycan Partiyasının yaranmasına əngəl olmaq istəyənlər əslində Azərbaycan dövlətçiliyinə qarşı çıxırdılar

1991-ci ildən 1993-cü ilin iyununadək olan dövr Azərbaycan tarixinə qara səhifə kimi yazılıb. Azərbaycan o illərin iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutması, ən əsası hakimiyyət hərisliyinin, kreslo davasının pik həddinə çatması ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ulu Öndər 91 nəfər ziyalının xalqın böyük əksəriyyətinin istəyini ifadə edərək bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ona ünvanlanan müraciətə cavabında müstəqilliyimizi tarixi nailiyyətimiz kimi önə çəkərək onun qorunmasını hər kəsin qarşısına vətəndaşlıq borcu kimi qoymuşdur.
1993-cü ildə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda xalq xilas yolunu axtardı. Bu yolun bələdçisi isə ulu öndər Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə 1993-cü il iyununda Bakıya qayıdan ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı. Vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin xilası bu tarixdən başlandı. Gəncədə baş verənləri gözləri ilə görüb qiymətləndirmək üçün iyunun 13-14-də ziyalılardan, ağsaqqallardan ibarət qrupla bu şəhərə gedən Ümummilli Lider sadə vətəndaşlarla, hərbçilərlə görüşərək siyasi böhranın, qarşıdurmanın aradan qaldırılması üçün söhbətlər apardı, çıxış yolları barədə faydalı, müdrik tövsiyələrini bildirdi. Görüşün nəticələri barədə iyunun 15-də keçirilən Ali Sovetin fövqəladə sessiyasında açıqlama verdi. Həmin gün deputatların yekdil səsverməsi ilə Ümummilli Lider Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu, seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. Və beləliklə, həmin tarix şanlı tariximizə Milli Qurtuluş Günü kimi yazıldı.

Ceyhun Abdullayev-YAP üzvü, fəal gənc

 

15 iyun tarixi Azərbaycanın müasir inkişaf tarixində dönüş nöqtəsidir

1993-cü ilin 15 iyun günü Azərbaycanın müasir inkişaf tarixində dönüş nöqtəsi oldu. Xalqın təkidli tələbləriylə Naxçıvandan Bakıya gələn ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da Ulu öndər qısa zaman kəsiyində ölkəni yalnız sözdə deyil, iqtisadi, siyasi, hərbi sahədə müstəqil dövlətə, Qafqazda ən inkişaf etmiş və ən stabil məkana, dünyada etnik separatizmin hökm sürdüyü bir dövrdə din, dil, irq ayrımı olmadan bütün xalqların dostluq, qardaşlıq şəraitində yaşadığı bir diyara çevirdi.
Ümummilli lider ilk növbədə ölkədaxili sabitliyi bərpa etdi. Xarici müdaxilələr, daxildə müxtəlif qrupların hakimiyyət iddiaları, iqtisadi əlaqələrin qırılması nəticəsində ticarət dövriyyəsinin səviyyəsinin xeyli aşağı düşməsi, əhalinin güzəranının getdikcə pisləşməsi və ən əsası cəbhədə işğalçı ermənilərlə davam edən müharibə Azərbaycanın müstəqilliyini təhlükə altında qoymuşdu. Xalqın gücünə arxalanan ulu öndər daxili narazılıqları şəxsi nüfuzu, yüksək idarəçilik qabiliyyətindən irəli gələn şəxsi bacarığı hesabına həll etdi və xalqın birliyinə nail oldu. Onun daxildə yaratdığı sabitlik, ictimai-siyasi asayişin bərpası ordu quruculuğunda da özünü göstərdi.
Ulu Öndər Heydər Əliyevin yüksək sərkərdəlik qabiliyyəti hesabına Ermənistan və havadarlarının məğlubiyyəti onları atəşkəsə dair müqaviləni imzalamağa məcbur etdi.

Rafiq Məmmədov-Zərdab şəhər sakini, təqaüdçü

 

 

Xalq Heydər Əliyevi öz milli xilaskarı və öndəri seçdi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məqsədyönlü xarici və daxili siyasəti nəticəsində iqtisadi tənəzzül dayandırıldı. Respublikada sabitlik proqramının fəal surətdə inkişaf etdirilməsi, struktur və sahə islahatlarının aparılması, Azərbaycan iqtisadiyyatını böhrandan çıxarmaq üçün zəruri tədbirlər görülməsi sürətləndirildi.
Azərbaycan 150 ildən artıqdır dünyada nefti ilə tanınsa da xalqımız bu sərvətindən yalnız Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bəhrələnə bildi.
1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanan neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı.
Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu.
Azərbaycanın “Əsrin müqaviləsi”ndən başlanan yolu haqqında Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.
Nəticədə müstəqilliyin ilk illərini dərinləşən sosial-iqtisadi böhran vəziyyətində yaşayan Azərbaycan Respublikasında 1995-ci ildə beş ildən artıq davam edən geriləmə prosesinin qarşısı tam alındı və sabit inkişaf istiqamətində dönüşün yaranmasına nail olundu.

 

Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi də məhz Ümummilli Liderimizdir

Dünya səviyyəli siyasi xadim Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişindən, yəni 1993-cü ildən sonra ölkəmizdə gedən proseslər geniş bir təhlil, təhqiqat tələb edən məsələdir. Aparılan araşdırmalar və təhlillər Heydər Əliyevin nəhəng siyasət məktəbinin ayrı-ayrı elementlərini bir daha göz önünə gətirməyi zəruri edir. 1993-cü ilin iyun hadisələri zamanı siyasi hakimiyyətə qayıdan Heydər Əliyev, ilk növbədə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atıldı. Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxardı. Müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi də məhz Ümummilli Liderimizdir. Azərbaycan artıq dünyada iqtisadi inkişafın özünəməxsus modelinə sahib olan ölkə kimi tanınır və qəbul edilir. Postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk dövlət kimi əldə edilən nailiyyət göstəriciləri düşünülmüş, məqsədyönlü siyasətin nəticələridir. Bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən siyasətin düzgünlüyünün real isbatı və daha sürətli inkişafın zəminidir. Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizin xarici siyasət xəttini özündə ehtiva edən bitkin taktiki və strateji konsepsiyası əsasında bu gün Prezident İlham Əliyev praqmatik və hücum diplomatiyasına söykənən siyasəti uğurla həyata keçirir. Azərbaycanın postsənaye cəmiyyətinin quruculuğu yolunda əldə etdiyi ilkin nailiyyətlər, yeni qlobal çağırışlara adekvat olaraq həyata keçirilən islahatlar, hərbi potensialın gücləndirilməsi, iqtisadi modernləşmə mərhələsinin uğurları ölkəmizin qarşıdakı illərdə də yüksəlişinin və inkişafının davamlı olacağından xəbər verir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası

Ulu öndər Heydər Əliyevin siyasəti alternativsizdir. Cənab Prezident İlham Əliyev isə bu alternativsiz siyasi kursu müasir zamanın tələblərinə uyğun şəkildə həyata keçirir və inkişaf etdirir.
Tarixdə elə günlər, elə hadisələr var ki, böyük bir xalqın, bir ölkənin taleyini müəyyənləşdirir, yeni bir dövrün, həlledici mərhələnin başlanğıcı, istinad nöqtəsi olur. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan 15 İyun Milli Qurtuluş günüdür. Tariximizdə Milli Qurtuluş xalqımız üçün çox dəyərlidir. Milli Qurtuluş Günü sadəcə təqvimdə göstərilən bayram deyil. Böyük ictimai-siyasi və tarixi sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa-dayaq olan dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevdir.
Tarixi şəxsiyyət Heydər Əliyevin böyüklüyü həm də ondadır ki, hakimiyyətin ona qarşı həyata keçirdiyi təxribatlara, qarayaxma kampaniyasına baxmayaraq, daim xalqının yanında oldu. Azərbaycanın layiqli övladının xalqının çağırışı və dəvəti ilə hakimiyyətə gələn, Qurtuluş dəvəti ilə missiyalı bu qayıdışı Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı. Məhz,Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü il oktyabrın 3-də iqtisadi islahatların həyata keçirilməsi istiqamətində böyük addımlar atıldı.
Xalqımız bu qurtuluşa asanlıqla nail olmadı, çox böyük çətinliklərdən, bir sıra dəhşətli hadisələrdən sonra əldə edə bildi. Ən böyük qurtuluşumuz Heydər Əliyevin yenidən Azərbaycana rəhbər olması ilə oldu. Qurtuluş günü xalqımız üçün ən dərin, ən keyfiyyətli bir bayramdır.
1993-cü ilin iyunun 15-də bugünkü müstəqil Azərbaycanın təməl daşı qoyulub. Azərbaycanın işğala məruz qaldığı bir vaxtda, ölkəmiz anarxiya və hərc-mərclik, AXC-Müsavat cütlüyünün xəyanəti ilə üz-üzə olduqda xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlib və bütün özbaşınalıqlara son qoyub. Heydər Əliyevin uzaqgörən siyasəti, onun qətiyyəti, idarəçilik və beynəlxalq əlaqələr qurmaq bacarığı fonunda bu gün qüdrətli və müstəqil Azərbaycan qurulub. Əgər o vaxt atəşkəs elan olunmasaydı, vətəndaş müharibəsinin qarşısı alınmasaydı, “Əsrin müqaviləsi” imzalanmasaydı və ölkədə sabitlik bərpa edilməsəydi, biz bugünkü uğurumuzdan danışa bilməzdik. Bütün bunların fonunda 2003-cü ildə cənab İlham Əliyev ilk dəfə Prezident seçiləndə “mən Heydər Əliyev ənənələrini yaşadacağam” deyə qeyd etməsi və buna əməl etməsi Azərbaycanın daha da güclənməsinə səbəb olub. İndi ölkəmiz beynəlxalq təşkilatlara üzvdür, onlarla fəal iş aparır. Həmçinin Prezidentin qurduğu strategiya nəticəsində, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyini təmin edən ən vacib ölkələrdəndir. Zamanında ölkədəki daxili sabitlik bərpa edilməsəydi, bugünkü iqtisadi inkişafımız da olmazdı. Bütün bunların təməli illər əvvəl məhz 15 iyun tarixində qoyulub. İndi isə biz bu günü Milli Qurtuluş Günü kimi qeyd edirik. Azərbaycan beynəlxalq aləmdə nüfuz qazanmasaydı, torpaqlarını işğaldan azad edə bilməyəcəkdi. Bütün bunların ənənəsi məhz Milli Qurtuluş Günündən başlanır ki, bu yolu indi də cənab Prezidentimiz Ulu öndər Heydər Əliyevin ənənələrini yaşadaraq davam etdirir.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

 

Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı

9 iyun 1993-cü il tarixində xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da Ali Sovet xalqın Heydər Əliyevdən gözlədiyi missiyanı rəsmiləşdirdi.
Heydər Əliyev ən təhlükəli anlarında Azərbaycan xalqının öz taleyini ona etibar etməkdə yanılmadığını möhtəşəm qayıdışın elə ilk aylarında sübuta yetirə bildi. Qısa bir zaman kəsiyində ölkəni bir neçə il ərzində taqətdən salan hərc-mərcliyə qətiyyətlə son qoyuldu, sabitlik və əmin-amanlıq təmin edildi, hərtərfli böhran cilovlandı, erməni təcavüzünün Azərbaycanın dərinliklərinə irəliləməsinin qarşısı alındı.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

 

 

Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı

Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 iyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Xalqının birliyini və bütövlüyün düşünən Heydər Əliyev Azərbaycan xalqının öndəridir

Qələbəmizə sevinir, fəxr edirik. Tariximizə diqqətlə baxsaq görərik ki, Heydər Əliyev gələnə qədər “müstəqillik” kəlməsi bizimçün sadəcə sözdə vardı. Bu sözü istifadə etsək də sanki tam dərinliyinə qədər anlamırdıq. Biz gerçək müstəqilliyi Heydər Əliyev bizi o uçurumdan dartıb çıxardığı zaman anladıq. Dərinliyi ilə mənasını o an başa düşdük. Heydər Əliyev gəlişi ilə həm bizi müstəqilliyə apardı, həm də illərdir sadəcə dediyimiz o “müstəqillik” sözünü dərklə yaşatdı.
Heydər Əliyevin vətən sevgisi, vətənə borcu və xilaskarlıq missiyası, liderlik qabiliyyəti, uzaqgörənliyi Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan qurtardı.
O, gələnə qədər itirdiyimiz can parçamız Qarabağımızı isə bizə onun oğlu hazırkı Prezidentimiz İlham Əliyev geri qaytardı. Ata-oğul Azərbaycan üçün çalışaraq bizi bir bütün halda cəmləşdirdi və yağı düşmənlərə qarşı qorudu.
Ali Baş Komandan İlham Əliyevin başçılığı, əsgərlərimizin əzmi, xalqın iradəsi və şəhidlərimizin qanı ilə biz Heydər Əliyevin yolunu davam etdirərək torpaqlarımızı geri qaytardıq.
Biz Heydər Əliyevi xilaskarımız olaraq seçdik. Xalqının birliyini və bütövlüyün düşünən Heydər Əliyev Azərbaycan xalqının öndəridir.

Vəfa Xəlilli-“Gəncliyə dəstək” İB-nin sədri

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki