image-qanunla-reklam
image-426031248_0_0_3071_1728_2072x0_60_0_0_83dce728240ec86d14589d9259cdbe32

“Qurumlara “universitet”, “akademiya”, “institut” adlarının verilməsinə yenidən baxmalıyıq” – Nazir

image-lady-day-az

“Biz qurumlara “universitet”, “akademiya”, “institut” kimi adların verilməsinə yenidən baxmalıyıq”.

Qanunla.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Rəyasət Heyətinin Ümumi yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın bəzi ali təhsil müəssisələri çox spesifik, dar ixtisaslı fəaliyyət göstərir:

“Bir qurumun adını “institut”dan dəyişib “universitet” edəndə ölkədə elm inkişaf etmiş olmur. Elmi tədqiqat müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün Ali Attestasiya Komissiyası ilə birlikdə müəyyən addımlar atılıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki