H5N1 tipli quş qripindən ilk ölüm halı ABŞ-nin Luiziana ştatında qeydə alınıb.
Qanunla.az xəbər verir ki, bu barədə yerli səhiyyə departamentinin mətbuat xidməti məlumat yayıb.
“Xəstənin yaşı 65-dən yuxarı idi. O, həyətyanı quş sürüsü və çöl quşları ilə təmasda olduqdan sonra H5N1 virusuna yoluxub”, – məlumatda deyilir.
Şöbə aydınlaşdırdı ki, bu, ştatda təcrid olunmuş yoluxma halı olsa da, əhali üçün risk aşağı olaraq qalır.