image-qanunla-reklam
image-1637737712-96dd6de4-2c6c-38a5-ab40-188cfa46d87e

Qusarda əl qumbarası tapıldı

image-lady-day-az

Qusar rayonu ərazisindən kolluq sahədən xeyli sayda sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) “Növbətçi” hissəsinə rayonun Qayakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı kəndin kənarındakı kolluq ərazidən 1 ədəd alışdırıcısız F-1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.

Qusarda əl qumbarası tapıldı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki