“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 35-ci turunda komandasının “Çelsi”yə 1:2 hesabı ilə məğlub olmasına münasibət bildirib.
Bu barədə Gazeta.ru yazıb.
“Çelsi güclü komandadır, ancaq bu gün biz daha güclü oynadıq. 21 gün sonra Çempionlar Liqasının finalında yenidən qarşılaşacağıq. Bugünkü oyundan dərs kimi istifadə edəcəyik”, – deyə X.Qvardiola bildirib.