Azərbaycanlı karateçi Rafael Ağayevin Tokio Olimpiadasındakı rəqibləri müəyyənləşib.
Qanunla.Az-ın xəbərinə görə, beşqat dünya və onbirqat Avropa çempionumuz 75 kq çəki dərəcəsində B qrupunda mübarizə aparacaq.
Onun rəqibləri Luici Buza (İtaliya), Noa Bix (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurqanad Ajiqanovdur (Qazaxıstan). Görüşlər avqustun 6-da baş tutacaq.
Qeyd edək ki, qrupda ilk iki sıranı tutan idmançı yarımfinala vəsiqə qazanır və özünə bürünc medalı avtomatik təmin edir.