image-qanunla-reklam
image-1720185729_images

Rafiq Quliyev COP29-a beləmi hazırlaşır ? – FOTO

image-lady-day-az

“Yaşıllıq qənimi”
Bu ləqəbdən yerli media  taa özündən əvvəlki başçının müavini olduğu dövrdən bəri Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdən bəhs edərkən istifadə edir.

MUMtv.az”  xatırladır ki, Xətai rayonunun  “Əhmədli” və”Həzi Aslanov” metrostansiyalarının ətrafından tutmuş bir çox ərazilərində yaşıllıq zolaqları məhv edilərək, yerində əsasən konstruksiyalarla inşa edilmiş iaşə obyektləri salınır.

Bu dəfə isə sizə sözügedən rayonun Qaçaq Nəbi küçəsində – 195  saylı tam orta məktəbin yanında aparılacaq tikinti üçün məhv edilən yaşıllıqdan bəhs edəcəyik.

Azərbaycan milyonlarla vəsait xərcləyib COP29-u qarşılamağa hazırlaşdığı bir vaxtda Rafiq Quliyev 8 noyabr və digər aktiv küçə və prospektlərdə kiçik şam ağacları əkdirməklə gözdən pərdə asıb, biznes (sahibkarlara əla qiymətə təklif etmək) üçün  yararlı ərazilərdəki çoxillik yaşıllıq ağaclarının məhvinə şərait yaradır.

Təbii ki, bu mövzuda  Xətai rayon İcra Hakimiyyətilə bərabər Şəhərsalma və Arxitektura Komitəsi (ARXKOM), Fövqəladə Hallar Nazirliyi (FHN), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və digər aidiyyətı qurumlar da məsuliyyət daşıyır. Amma, görünən budur ki, adı çəkilən dövlət qurumları əlbir olaraq, niyəsə  “nəfəsimizi kəsməyə qərar veriblər”.

Qeyd edək ki, 8 noyabr  prospektində  yenicə əkilmiş kiçik şam ağaclarının böyük əksəriyyəti baxımsızlıqdan artıq quruyub.
Büdcədən filan qədər pul silinərək salınmış yaşıllığın indidən məhv olması da Xətai rayonunun dövlət büdcəsinə vurduğu zərərin bir hissəsidir ki, bu barədə növbəti yazımızda ətraflı şəkildə məlumat verəcəyik.

Təqdim edilən fotoşəkillərə diqqət edin !


Bu fotolar  qış aylarında çəkilib.

Ərazinin məftillərlə əhatəyə alınması diqqətimizi çəkdiyi üçün, lentə aldıq. Aradan bir müddət keçdikdən sonra yenidən həmin əraziyə baş çəkdik. Bu dəfə isə artıq həmin ərazi  bu formada çəpərə alınmışdı.

Biz  rayon rəhbərinin məqsədiini anlamaq niyyətilə bu görüntünü də lentə alıb, yenə gözlədik.

Bu gün həmin ərazidə olduğumuzda isə bu mənzərə ilə qarşılaşdıq.




Gördüyünüz kimi artıq, çəpər alınmış  “qurbanlıq” ağaclar artıq məhv edilib.

Qeyd:  Fotoya diqqətlə baxsanız ərazidəki kiçik iaşə obyektinin bir tərəfinin  çəpər alınmış yerə tərəf genişləndirilməsi üçün işlər aparıldığını aydın görəcəksiniz !

Mövzunu davam etdirəcəyik və növbəti yayımlarımızda Xətai rayonu ərazisində  qanunsuz tikintilər aparmaq üçün hansı vasitələrdən istifadə edildiyindən, eləcə də 8 noyabr prospektində yenicə açılmış, “üstdən aşağı” inşa olunan iaşə obyektinin rayon rəhbərliyinin gözü qarşısında qanunları necə pozmasından bəhs edəcəyik.

Aidiyyatı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Jalə Asiman
MUMtv.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki