image-qanunla-reklam
image-259665509_1191918544549975_6698664939645001160_n

Ramila Sultanın təşkilatçılığı ilə Şəhid ailələri və qazilər üçün Zəfər salnaməsi adlı tədbir keçirildi-FOTO

image-lady-day-az

Ramila Sultanın təşkilatçılığı ilə Xudafərin şadlıq sarayında Şəhid ailələri və qazilər üçün Zəfər salnaməsi adlı möhtəşəm tədbir keçirilib.

Qanunla.Az xəbər verir ki,təbdirdə Misirin Azərbaycandaki səfiri , Səduyi Ərəbistanin Azərbaycandakı konsulu, Ruminyanın konsulu, müxtəlif dövlət rəsmi nümayəndələri,şəhid ailələri,qazilər,müharibə iştirakçıları,incəsənət adamları və s. iştirak ediblər.Öncə şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Hər kəsin maraqla izlədiyi tədbirdə Vətən müharibəsinə aid müxtəlif şeirlər, musiqi nümunələri nümayiş etdirilib.

Ramilə Sultan tədbir iştirakçılarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub.

Rəsmi qonaqlar hər zaman Azərbaycanı dəstəklədiklərini, və daim şəhid ailələrinin və qazilərin yaninda olduqlarını  bildirdilər.

MİLLA şirkəti, İydə parfum, Propolis bal şirkəti, Ag çiçəyim gül mağazası, Aycan Parfum,Fantaziya 1 şirkəti ,və xüsusi olaraq Xudafərin şadlıq sarayının rəhbəri Siyavuş Əsgərov və təşkilatçı Ramila Sultan tərəfindən şəhid ailələrini və qazilərimizi hədiyyə və diplomlarla təltif ediblər.

Ramilə Sultan Qanunla.Az-a açıqlamasında bildirib ki, dəvətimi qəbul edib gələnlərə təşəkkürümü bildirirəm.Ələxsusda sponsorlara,Xudafərin şadlıq sarayının rəhbəri Siyavuş müəllimə təşəkkür edirəm ki,mənə böyük dəstək oldular.

image-258775540_1191917847883378_5483115674445737531_nimage-259490910_1191917887883374_1126087203497404724_nimage-259383139_1191917951216701_6318806375577152867_nimage-259166469_1191918017883361_1271514268895302562_nimage-258824662_1191918074550022_1221694224023053274_nimage-259385667_1191918171216679_1571103593042413082_nimage-258853011_1191918207883342_3991610048606167277_nimage-258849753_1191918257883337_8670465679706146767_nimage-258809476_1191918294550000_1835049929483599943_nimage-259479597_1191918454549984_1480785723771515728_nimage-258876785_1191918511216645_4961537694805203070_nimage-259665509_1191918544549975_6698664939645001160_n

Vüqar Rəhimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki