image-qanunla-reklam
image-ramiz

Ramiz Göyüşov tutdurduğu jurnalistdən yazdı – FOTO

image-lady-day-az

“Bilirəm, bu günlərdə sizə çox əziyyət vermişəm. Mənə göstərdiyiniz dəstəyə görə ayrı-ayrılıqda hər birinizə təşəkkür edirəm”.

Qanunla.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri, partiya sıralarından çıxarılan Ramiz Göyüşov özünün feysbuk səhifəsində yazıb.

O, Baş Prokurorluğun “Azadinfo.az”saytının rəhbəri Ələkbərov Mahir Məmmədhəsən oğlu ilə bağlı yaydığı xəbəri paylaşıb və izləyicilərindən məlumatı oxumalarını xahiş edib.

Qeyd edək ki, sabiq sədrin paylaşdığı link Baş Prokurorluğun Azadinfo.az saytının rəhbəri Ələkbərov Mahir Məmmədhəsən oğlunun (Xəttab) R. Göyüşovdan hədə-qorxu ilə pul tələb edərək cinayət başında yaxalanması ilə bağlı məlumatdır.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə Ramiz Göyüşovun intim videogörüntüləri müzakirələrə səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki