image-qanunla-reklam
image-7521ee581820c353a0c57dca05f31953

Ramzan Kadırov dilənir: AZAL təyyarəsində həlak olanların ailələrinə pul təklif edənə bir baxın – FOTO SÜBUTLAR

image-lady-day-az

Ramzan Kadırov, Azərbaycana qarşı təxribat xarakterli davranışları ilə yadda qalan Çeçenistan lideri, 1 ildən çoxdur ki, Ukrayna müharibəsində yaralanan və ölən çeçenlərin ailələri üçün öz Telegram kanalında pul toplama kampaniyası təşkil edir.

Bəzən ağır yaralıların fotolarını da səhifəsinə qoyaraq, onlar üçün ianə toplamağa çalışır. Bəzən də canlı yayın açaraq, fısıldaya-fısıldaya hədyanlar danışır…

Musavat.com olaraq Kadırovun bu hərəkətlərinin pərdəarxasına nəzər salırıq.

Məlumdur ki, Ramzan Kadırov 3 gün əvvəl “AZAL” təyyarəsinin Qroznıda vurulması nəticəsində həlak olanların ailələrinə və yaralanan şəxslərə yardım təklif etmişdi. Ancaq bu “yardım” təklifi onun həddi deyildi və Azərbaycan dövləti bu artistin ağzından vurdu. Ümumiyyətlə bu yaramaz gədənin təyyarəmizin vurulması prosesində özünü aparması, davranış və hərəkətləri olduqca ədəbsiz, qeyri-adekvat və anti -humanist oldu. Mən əminəm ki, şərəfli Azərbaycan dövləti bu yaramazı bağışlamayacaq və ona yaxşı qulaqburması verəcəkdir.

İndi gələk Kadırovun Azərbaycan təyyarəsini vurub (vurdurub), sonra da alçaqca pul təklifində bulunmasına… 

Bu adam hər gün Telegramda pul dilənir, yardım istəyir. O nə turşu, bu nə aş? Zərərdidələrə pulu hansı vəsaitlə, necə ödəyəcəkdi?

1506704e-2efd-4e78-b2fb-36f0d812c4aa.jpg (161 KB)

Baxın görün Kadırov Azərbaycan təyyarəsinin yaralı sərnişinlərinə və həlak olanların ailələrinə pul yardımı təklif edın vaxt özünün şəxsi Telegram hesabında nələr yazırmış:

Onun son paylaşımlarında adətən bunlar yazılıb: 

c122124f-4479-42ed-bca8-dd5b4887b13f.jpg (166 KB)

 

“Bu kampaniya ağır yaralı hərbçilər üçün təşkil edilib! Yardım edən hər bir şəxsə minnətdarıq. Əsas hədəfimiz – 700,000 rubl toplamaqdır. Bu günə qədər yalnız 300,019 rubl toplanıb. Hər hansı məbləğ vacibdir! Zəhmət olmasa, kənarda qalmayın!”

Kadırov Telegram kanalında 100 rubl, 333 rubl, 777 rubl, 1111 rubl, hətta 3,333 rubl məbləğlərində ianələr etməyə çağırışlar edir. O, ianələrin Ukrayna ordusuna qarşı döyüşlərdə yaralananlara və onların ailələrinə birbaşa yardım məqsədilə toplandığını da açıq şəkildə ifadə edir.

ca1ca030-515f-45b9-b349-bb08180b85a7.jpg (192 KB)

Musavat.com-un təqdim etdiyi fotolarda Ramzan Kadırovun Telegram hesabı və onun bu çağırışları aydın görünür.

Musavat.com-un təqdim etdiyi scrinlərə baxaraq bu təxribatçı gədənin çapını müəyyən edə bilərsiz.

 

Musavat.com

cb712ddd-4505-4292-aa1b-a8474d7ab5a3.jpg (209 KB)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki