image-qanunla-reklam
image-avtobus-avtovagzal

Rayonlara gedənlərdən COVİD pasportu tələb olunacaq?

image-lady-day-az

Hələlik nə sərnişinlərdən, nə də sürücülərdən COVİD pasportu tələb olunacaq.

Qanunla.Az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib.

O qeyd edib ki, vaksinasiya başlananda daşıyıcı şirkətlərin sürücüləri də yaş faktoru nəzərə alınmaqla vaksinasiyadan keçiblər:

“Bundan sonra da vaksinasiya tətbiq olunacaq. Pandemiyaya qədər də sürücülər reysqabağı tibbi müəyinədən keçirdi, onun təzyiqi, hərarəti ölçülürdü. İndi həm də bu tibbi müayinəyə COVİD-lə bağlı hər hansı göstəricilərin aşkarlanması əlavə olunur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki