image-qanunla-reklam
image-1717650597-960x0

“Real” Modriçlə yeni müqavilə imzaladı

image-lady-day-az

“Real” futbolçusu Luka Modriçlə yeni müqavilə imzalayıb.

Qanunla.Az insayder Fabrizio Romanonun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 1 illik uzadılıb. Beləliklə, xorvatiyalı oyunçu 2024/2025 mövsümündə də Madrid təmsilçisində oynayacaq.

Xatırladaq ki, Modriç 2012-ci ildən “Real”da çıxış edir. O, 2023/24 mövsümündə bütün yarışlarda 46 matçda iştirak edib, 2 qol vurub və 8 qolun ötürməsini verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki