image-qanunla-reklam
image-94220590

Redaktor ölkə başçısına müraciət ünvanladı

image-lady-day-az

Azərbaycan Respublikasının,Prezidenti Cənab İlham Əliyevə,

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,  “Heydər Əliyev”Fondunun Prezidenti  Xanım Mehriban Əliyevaya,

Milli məclisin sədri Sahibə Qafarovaya,
Baş nazir Əli Əsədova,

Baş prokuror Kamran Əliyevə,
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə,

İnsan hüquqlarının müdafiəçisi, ombudsman
Səbinə Əliyevaya,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Bahar Muradovaya,

Məhkəmə hüquq şurasının sədri Fikrət Məmmədova,

Ali məhkəmənin sədri Ramiz Rzayevə,

Azərbaycanda fəaliyyət göstərən bütün səfirliklərə,

Azərbaycanda fəaliyyət göstərən yerli və xarici QHT-lərə,

Azərbaycanda fəaliyyət göstərən yerli və xarici KİV-lərə

MÜRACİƏT:
Hörmətli, Ali qanun keşikçiləri və vətəndaş hüquqlarının müdafiəçiləri!
Nəzərinizə çatdırıram ki, mən, Vəliyeva Səidə Əlimədət qızı, 14 il müddətində əmək müqaviləsinə əsasən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də müxtəlif redaksiyalarda redaktor işləmişəm. 2019-cu ildə  həmin kollektivə Rövşən Məmmədov sədr təyin olunub. Həmin vaxtdan  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri  Əli Həsənovun göstərişiylə işgüzar kollektivimizdə  əsassız parçalanmalar baş qaldırdı. Rövşən Məmmədov qərəzli olaraq əməkdaşların vətəndaş və əmək hüquqlarını kobudcasına pozaraq müxtəlif bəhanələr, hədə- qorxu gəlmək yolu ilə onları doğma kollektivdən uzaqlaşdırdı. Danılmaz faktdır ki, bu gün Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də bir dərəbəylik hökm sürür. Qohum-əqrəbasını, tanışlarını  yüksək məvaciblə AzTV-də işə qəbul edərək  illərdən bəri bu idarədə “külüng vuran” zəhmətkeş insanların haqqına girir, vergidən və əmək fonduna pul ödəməkdən yayınır. Cüzi qonorar alan yaradıcı redaktorları, rejissorları əmək haqqı almadan işlədir, verilişlərə ayrılan xərclik simetanı müxtəlif  yollarla  mənimsəyir. Haqqını müdafiə etmək istəyən işçini heç bir səbəb olmadan tutduğu vəzifədən azad edərək öz əliylə ərizə yazıb getməsini tələb edir. Əks halda ərizə yazmaqdan imtina edənləri əmək məcəlləsinin müvafiq maddələriylə ləkələyərək, tutduğu vəzifədən azad edir. Bu cür zərəçəkənlərdən biri də mənəm. Rövşən Məmmədov AzTV üçün dövlət büdcəsindən  ayrılmış pulların hansı istiqamətə yönəldilməsinə,  şəxsi-qərəzliyinə, diktator rejiminə qarşı haqq səsimi qaldırdığım üçün mənim də əmək müqaviləmə xitam verilməsinə göstəriş verdi. Öz razılığımla tutduğum vəzifədən getməyəcəyimi bildikdə, heç bir töhmətim, işimdə laqeyid, səhlənkar yanaşmam olmadığı halda, məni 18.10.2020-ci il tarixdən Əmək məcəlləsinin 70 –ci maddənin “b” bəndinə əsasən tutduğum vəzifədən azad edərək ixtisara saldı və  bu günə kimi işdən azad olmağımla bağlı işsizlik konpensasiyası verməmişdir.   Xəstə olan atamın dərmanlara, həkimlərə ehtiyacı olduğu bir zamanda evə yeganə gəlir gətirən  mən  Rövşən Məmmədovun ambisiyası sayəsində işimi itirdim. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin qapısı qarşısında üzərimə yanacaq töküb yandırmaq istədikdə polislər intihar cəhdimə imkan vermədilər. Artıq bir neçə aydır ki, AzTV-də yoxlamalar gedir. Səbail rayon məhkəməsinin verdiyi qərardan Appelyasiya şikayəti vermişəm. İnanıram ki, Sizlərin hüquqi müstəvidə yanaşmağınız sayəsində öz işimə qayıdacam. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmədovun çirkin niyyətləri və hiyləsi, büdcədən ayrılmış pulların talanması nəzərə alınacaq və o cəzalandırılacaqdır. Ümid edirəm ki, mən və mənim kimi yüzlərlə  zəhmətkeş insanın hüquqlarının tapdalanmasına imkan verməyəcəksiniz. Azərbaycan Respublikasının  qanunları  çərçivəsində bu müşkül məsələ öz asan yolunu tapacaq. Diqqətinizə görə minnətdaram.
Müraciətə əlavə edilmiş sənədlər:

1. Əmək müqaviləsinə verilmiş xitam və ƏMR
2. Əmək kitabçasının surəti
3. Şəxsiyyət vəsiqəsinin surəti
4. Əmək müqaviləsinin surəti
5. Yönəldilmiş məktubların surəti
6. Yerli rayon məhkəməsinin qərarı
7. İntiharla bağlı polis idarəsinin verilən sənədin surəti

Hörmətlə:     Vəliyeva:S.Ə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki