“Gəncliyə Dəstək” İctimai Birliyinin təşkilatçılığı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 3 ay davam etmiş “Region gəncləri üçün Karyera Planlaması Məktəbi” layihəsinin icrası başa çatmışdır.
Qanunla.Az xəbər verir ki, layihənin başlıca məqsədi region gənclərinin yumşaq bacarıqlarının inkişafı və onlara karyera planlamasının öyrədilməsindən ibarət olmuşdur.
Layihə çərçivəsində 100 nəfərin iştirakı ilə 1 təqdimat, 175 məktəblinin iştirakı ilə 4 maarifləndirmə görüşü və 25 Zərdab gəncinin iştirakı ilə “Karyera Planlaması Məktəbi” olmaqla ümumilikdə 6 tədbir keçirilmişdir.
Onu da qeyd edək ki, “Karyera Planlaması Məktəbi”ndə “Karyera Planlama” mütəxəssisi Sevinc Burzuyeva gənclərə karyera planlaması zamanı əmək bazarının araşdırılmasından, davamlı təhsilin əhəmiyyətindən, düzgün ixtisas seçiminin rolundan, təlimçi Kazım Məmmədov karyera planlamasında peşə seçimindən, özünü inkişafdan, zamanın idarə edilməsinən danışmışdır.
Layihə yeniyetmə və gənclərin düzgün peşə və ixtisas seçimi, yumşaq bacarıqlar və karyera planlamalarında düzgün addımların atılması haqqında məlumatlanması ilə nəticələnmişdir.
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli