Bakıvaxtı.az xəbər verir ki, layihənin əsas məqsədi regionda yaşayan gənclərin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarını artırmaq, onları müasir texnoloji təhlükələrə qarşı hazırlamaq olmuşdur.
Layihə rəhbəri Zahir Zahirov, layihə eksperti Fərhad Abdulov və kibertəhlükəsizlik üzrə ekspert Elman Mütəllimovun təlimçilik etdiyi iki günlük intensiv proqramda Qusar rayonunun 1 və 3 nömrəli məktəblərindən 14 yaşdan yuxarı 20 nəfər gənc iştirak etmişdir.
Təlimlər 2 gün, 8 moduldan ibarət olmaqla qeyri-formal təhsil üsulları ilə keçirilmişdir.
Proqram interaktiv metodlarla – qrup işləri, təqdimatlar və sual-cavab sessiyaları ilə zənginləşdirilmişdir.
Bu yanaşma gənclərin fəal iştirakını təmin etmiş və onların öyrəndikləri bilikləri daha yaxşı mənimsəmələrinə kömək etmişdir. Təlim zamanı gənclər şəxsi məlumatların qorunması, kibertəhlükələr və bu təhlükələrdən müdafiə üsulları barədə həm nəzəri, həm də praktiki biliklər əldə etmişlər. İştirakçıların kompüter savadlılığı və kibertəhlükəsizlik sahəsində bilikləri artmış, şəxsi məlumatların qorunması, əməliyyat sistemlərinin istifadəsi və kibertəhlükələrdən müdafiə yolları haqqında məlumatlılığı artmışdır. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur ki, bu da onların gələcəkdə rəqəmsal bacarıqlarını daha da inkişaf etdirməyə stimul yaratmışdır.
Bu layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş fərdi qrant layihəsi kimi region gənclərinin inkişafına öz töhfəsini vermişdir.