image-qanunla-reklam
image-dsc_0547

Region gənclərinin iştirakı ilə “Eko Könüllülük Düşərgəsi” təşkil olundu

image-lady-day-az

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən eko könüllülük hərəkatına ilk addım” adlı layihəsi çərçivəsində 17 gəncin iştirakı ilə Göyçay şəhərində 2 günlük “Eko Könüllülük Düşərgəsi” təşkil olundu.

Qanunla.Az xəbər verir ki,düşərgədə GİKM-in Dağlıq Şirvan regional nümayəndəliyinin rəhbəri Coşqun İsmayılov, nümayəndəliyin əməkdaşları Çinarə Rəsulova və Muxtar Osmanov region gənclərinin ekoloji könüllülüyü istiqamətində təlimlər keçdilər.

Gənclərin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay Dayaq Məntəqəsində gəzintisi təşkil olundu. Təbiətdə təlimlər davam etdirildi.

Keçirdiyimiz Eko Könüllülük Düşərgəsi böyük maraqla qarşılandı və iştirakçılar müxtəlif ekoloji fəaliyyətlərdə aktiv iştirak etdilər. Təlim və seminarlar vasitəsilə ətraf mühit problemləri və tullantıların azaldılması mövzularında məlumatlandılar. Təşkil olunan ekoloji yürüşlərdə, meşədə gəzintilərdə təbiəti daha yaxından müşahidə etdilər.

Bundan əlavə, ekoloji mövzularla bağlı vörkşoplar və gənclərin iştirakı ilə təşkil olunan eko səhnəciklər düşərgəyə əlavə rəng qatdı. Bu düşərgə, gənclərin ekoloji biliklərini artıraraq təbiətə qayğı göstərməyin vacibliyini dərk etməsinə kömək etdi.

Layihənin məqsədi region gənclərinin ekoloji sahədə könüllülük fəaliyyətinə təşviq olunması, onların bu istiqamətdə fəaliyyətlərinin artırılmasından ibarətdir.

image-dsc_0108image-dsc_0206image-dsc_0435image-dsc_0463image-dsc_0547


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki